"Kənd təsərrüfatı texnikasının satışına dövlət tərəfindən güzəştlər tətbiq olunur"- Vüqar Hüseynov

12:49 22.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Əsasən yaz-yay aylarında bölgələrdə texnika çatışmazlığı ilə bağlı müzakirələr gedir. Kəndli və sahibkarlar texnikanın azlığının da işinə təsir edəcəyini əsas gətirirlər.

Hafta.az-a danışan Kənd Təsərrüfatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov dedi ki, bu ilin yanvar-sentyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 81 təchizatçı vasitəsilə 1037 hüquqi və fiziki şəxsə 2448 ədəd kənd təsərrüfatı texnikası, “Aqrolizinq” ASC-nin xəttilə isə 225 fiziki və ya hüquqi şəxsə 483 ədəd kənd təsərrüfatı texnikası güzəştli lizinq şərti ilə satılıb.

Nazirlik rəsmisinin dediyinə görə, Azərbaycanda kənd təsərrüfatı texnikasının satışına dövlət tərəfindən güzəştlər tətbiq olunur:
"Fermer texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilmiş satış dəyərinin ən azı 20 faizi həcmində ilkin ödəniş edir. Dövlət idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edir. Texnikanın dəyərinin qalan hissəsi isə banklar tərəfindən maksimum 5 il müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizlərini isə dövlət ödəyir".

Sosial rubrikasından digər xəbərlər