"Koronavirusun yoluxma səviyyəsi digər xəstəliklərlə müqayisədə çox yüksəkdir" - Rusiyalı professor

13:44 31.03.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Koronavirus təhlükəsinin lokallaşdırılması üçün insanlar özünütəcrid qaydalarına ciddi riayət etməli, parklara, digər ictimai yerlərə səyahətdən çəkinməlidirlər" - Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı tibb elmləri doktoru Vladimir Zaysev səsləndirib.

Onun sözlərinə görə,  koronavirusun geniş yayılmasına onun yoluxuculuq dərəcəsi təsir edir. Belə ki, digər analoji infeksiyaların yoluxma səviyyəsi 1,4 təşkil etdiyi halda koronovirusun yoluxma səviyyəsi 4-dür. Bu isə çox yüksək və təhlükəli bir həddir:

"1,5-2 metrlik məsafənin saxlanılması profilaktik tədbirlər baxımından yetərli deyil. Parklarda, zooparklarda və digər istirahət zonalarında insanların bir-birinə yaxın durmasını şərtləndirən bir çox amillər var. Pandemiya təhlükəsini inkar etmək, ona qayğısız yanaşmaq "quduzlaşmış it"dən belə təhlükəlidir.  Ona görə də, mütləq və mütləq gigiyena qaydalarına, qoyulan qadağalara riayət edilməli, özünütəcridə isə daha çox diqqət yetirilməlidir". 

Oxunma sayı 152