"Küləklə sovrulanlar" filminin Melanisi öldü

22:08 26.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur aktrisa, Hollivudun qızıl erasının sonuncu siması Oliviya de Hevillənd vəfat edib.

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, 104 yaşlı sənətçi son illər yaşadığı Parisdə dünyasını dəyişib.

Qeyd edək ki, O.Hevillənd britaniyalı vəkilin ailəsində anadan olmuşdu. O, karyerasına 1930-cu ildə başlayıb. Ən məşhur obrazı "Küləklə sovrulanlar" filmindəki Melani olub.

Aktrisa iki dəfə "Oskar" mükafatına sahib olub.

Oxunma sayı 8629