"Linfild" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

13:41 18.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şimali İrlandiyada "Linfild" və "Qarabağ" komandaları arasında keçiriləcək Avropa Liqasının ilk "pley-off" matçı üçün bütün təyinatlar açıqlanıb.

Hafta.az xəbər verir ki, avqustun 22-də Belfastdakı “Windsor Park”da təşkil olunacaq qarşılaşma isveçrəli hakimlər briqadasına tapşırılıb.

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
22 avqust

22:45. "Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Sandro Schaarer
Yan xətt hakimləri: Stefan De Almeyda, Bekim Zoqay
Dördüncü hakim: Fedayi San (hamısı İsveçrə)
Hakim-inspektor: Vlado Svilokos (Xorvatiya)
UEFA nümayəndəsi: Mikael Zaltser (İsveç)

Qeyd edək ki, cavab görüşü avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.