"Məqsədimiz ali məktəblərdə təhsil alan tələbələrin ən azı 50 faizinin təqaüd almasıdır" - Ceyhun Bayramov

11:39 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 "Dövlət sifarişli tələbələrin sayında 66 faiz artım müşahidə olunub". Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə bunu təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 12300-dən 20500-ə çatıdırlıb. Təqaüdlərin məbləği 20 faizə qədər artıb.Təqaüd alan tələbələrin sayı son 5 ildə 21 faizə qədər çoxalıb".

Nazirin sözlərinə görə məqsəd qoyulub ki, ali məktəblərdə təhsil alan tələbələrin ən azı 50 faizi təqaüd alsın:

"Ali təhsil alan tələbələrin sayında 21 faizə yaxın artım olub. 2019-cu ildə nəzərdə tutulan 84 məktəbdən 43-ü tədris ili başlamadan öncə təhvil verilib. Yerdə qalan məktəblər bu aylarda təhvil veriləcək".