"Mikayıl Müşfiqlə bağlı ekspertiza prosesi yekunlaşmayıb" - AÇIQLAMA

15:36 16.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş vermişdi. Göstərişdən bir xeyli keçsə də, hələ ki, bu barədə məlumat yoxdur.

Hafta.az  Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovla əlaqə saxlayıb. Direktor bildirib ki, sümük müayinələri yenə gətirilir:

“Kriminalistlər müayinə edir, sonra da genetiklər baxırlar. Proses yekunlaşmayıb. Hələ də davam edir. Çünki hələ də davamı gəlir. Sümüklər çoxdur, dəqiq sayını deyə bilmərəm, istintaq işidir”.

Ədələt Həsənov onu da bildirib ki, tək Mikayıl Müşfiq üçün yox, digər represiya olunanlardan da nümunələr bizə gəlir:"Biz bütün bunların ekspertizasını aparırıq".

Sosial rubrikasından digər xəbərlər