"Milli Məclisin qərarı, elə mənim mövqeyim deməkdir" - Fəzail İbrahimli

13:09 28.11.2019
Yazını böyüt
Yazını kiçilt

YAP-ın Siyasi Şurasının təcili iclasında Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib. Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb. 

Milli Məclisin növbədənkənar seçkilərə getməsinə münasibət bildirən millət vəkili Fəzail İbrahimli hafta.az-a açıqlamasında dedi ki, onun bu haqda hələ heç bir mövqeyi, müzakirə olunası fikri yoxdur:

“Bu qərar nə vaxt olsa, o zaman danışmaq mümkündür. Mənim bu barədə heç bir mövqeyim yoxdur. Milli Məclisin qərarı, elə mənim mövqeyim deməkdir”.

Siyasət rubrikasından digər xəbərlər