"Milli Şura"nın təmsilçiləri 20 faiz torpaqlarımızı işğal edən terrorçu Ermənistanı dəstəkləyirlər - Bəhruz Quliyev

16:27 30.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt


"Ümumiyyətlə, Emənistanın regiondakı bugünkü rolu ötən əsrin əvvəlində çar Rusiyası parçalanandan sonra ermənilərin bölgədə tutduğu mövqeni və göstərdiyi fəaliyyəti xatırladır. Cənubi Qafqaz ölkələrindən birinin (Azərbaycan) ərazisinin 20 faizini işğal etmiş Ermənistan regionda qeyri-sabitliyin əsas mənbəyinə çevrilib. Rusiya ilə hərbi-siyasi müttəfiqlikdən istifadə edən bu ölkə uzun illər yeritdiyi işğalçı siyasətə görə məsuliyyətdən kənarda qala bilmişdir. Lakin bu gün regionda yaranmış yeni geosiyasi durum, terrorizm və ekstremizmlə mübarizənin bütün dünya üçün prioritetə çevrilməsi onun bölgədəki mövqeyinə də öz təsirini göstərməkdədir".
Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib. Ermənistan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatından müqayisəolunmaz dərəcədə zəif olduğunu vurğulayan Bəhruz Quliyev bildirib ki, Azərbaycan bütün cəhətlərdən Ermənistanı üstələyib və işğalçı ölkənin bizi keçmək şansına sahib ola bilməyəcəyi gözlər önündədir:
"Heç bir iqtisadi imkanları olmayan, əhalisinin sosial-rifah halı günü-gündən pisləşən, ordusunda özbaşınalıqlar olan bir ölkənin inkişaf etmək şansları sıfıra bərabərdir. Ermənistan istər regional, istərsə də beynəlxalq layihələrdən kənarda qalıb, sosial-iqtisadi sahəsi digər sahələrdə olduğu kimi tamamilə çöküb. Bu gün Azərbaycan həqiqətlərini, reallıqlarını anlayan bir sıra dövlət və beynəlxalq təşkilatlar Azərbaycanı dəstəkləyirlər, Ermənistanı isə pisləyirlər. Hətta deyərdim ki, beynəlxalq təşkilatlar işğalçı dövlət olan Ermənistanın qlobal miqyasda layihədə iştirakına icazə vermirlər. Bir sözlə, Ermənistanın düşdüyü bu vəziyyət beynəlxalq münasibətlər sistemində onu uçuruma aparır".
Politoloqun fikrincə, işğalçı ölkədə "məxməri inqilab"ın rəhbəri kimi tanınan və küçədən hakimiyyətə gələn Nikol Paşinyan bütün vasitələrə əl atsa da, istəyinə qovuşa bilmir:
"Özü və ailəsi qaçaqmalçılıqla məşğul olan, Ermənistanın zəngin iş adamlarının pulunu mənimsəmək yolunu seçən Paşinyanın da Köçəryan və Sərkisyandan heç bir fərqi yoxdur. Paşinyan da elə onlar kimi bu gün yenə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist bəyanatlar səsləndirir. Ancaq əslində nə Paşinyan, nə ətrafı, nə də erməni xalqı güclü iqtisadiyyata və orduya malik Azərbaycanın istənilən an torpaqlarını işğaldan azad etməyə qadir olduğunu dərk etməmiş deyil. Ermənistanda hakimiyyətin siyasi opponentləri təqib edilir, həbs olunur. O cümlədən Ermənistanda zəngin iş adamlarına qarşı cinayət işləri açılır və sonra da onlar pullarıını xüsusi yaradılmış fonda köçürmək məcburiyyətində qoyulur. Həmin fondlardan da sonra bu pullar mənimsənilir. Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Bu kimi hallara qarşı artıq Ermənistan cəmiyyətində Paşinyana qarşı niftrət hissi yaranıb və erməni ekspertlər də öz yazılarda bunu qabarıq şəkildə bildirirlər".

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan hakimiyyətini tənqid etməsinin "Milli Şura"nı narahat etməsi məsələsinə də toxunan qurum rəhbəri əlavə edib ki, bu antimilli şuraçıların fəaliyyətlərinin əsas məğzi, məzmunu, xisləti antiazərbaycançılıq və antimilli yanaşma üzərində qurulub: "Siz bu gün "Milli Şura"nın təmsilçilərinin tutduğu mövqeyə fikir verin. Bu gün həm daxildə, həm də xaricdə oturub "Milli Şura"nın adından çıxış edən mühacirlər Azərbaycanın dövlətçilik mövqeyini, ümumxalq mövqeyini dəstəkləmək əvəzinə 20 faiz torpaqlarımızı işğal edən terrorçu Ermənistanı dəstəkləyirlər. Bu artıq antiazərbaycançılıq mövqeyinin göstəricisidir. Hesab edirəm ki, bu mövqe ermənipərəst qüvvələrin istədiyi və idarəetdiyi missionerlərin ortaya qoyduğu mövqedir. Bu gün antimilli şurada toplaşanların mütləq əksəriyyəti 90-cı illərin əvvəlində əldə etdiyimiz müstəqilliyimizə, yenicə qurulan dövlətçiliyimizə xəyanət edərək, yalnız öz şəxsi maraqları və havadarlarının mənafeyi naminə məkrli siyasət yürüdüblər. İndi də bu xəyanəti davam etdirirlər. Onlar Azərbaycan xalqını, milli-dövlətçilik maraqlarını, müstəqilliyimizin davamlı olmasını, dövlətçiliyimizin güclənməsini, ərazi bütövlüyümüzün bərpasını, beynəlxalq miqyasda diplomatik nailiyyətlər, nüfuz, etibar qazanmağımızı düşünmürlər. Onlar 90-cı illərdə olduğu kimi, müxtəlif təxribatlarla Azərbaycanı xaosa, qarşıdurmaya, tənəzzülə sürükləməyə çalışırlar. Bu isə yalnız işğalçı Ermənistanın maraqlarına xidmət edən, ermənipərəst düşüncədən qaynaqlanan xəyanətkar yoldur".

Oxunma sayı 2917
Siyasət rubrikasından digər xəbərlər