Myammedə 6 min məhbus sərbəst buraxılacaq

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
Myammenin (Birma) dövlət televiziyası bəyan edib ki, hökumət sabahdan etibarən 6000-dən çox məhbusun azad edilməsi prosesinə başlayacaq. “Amerikanın səsi“nin də izlədiyi qısa bəyanatda deyilir ki, məhbuslar yaxşı rəftara görə sərbəst buraxılacaqlar. Bəyanatda azad ediləcək ilk qrupda nə qədər məhbusun olduğu və ya bu qrupa ölkənin 2000-ə yaxın siyasi məhbusunun daxil olduğu deyilmir. Birma məhbusların motivlərlə həbs edildiyini boynuna almır. Bununla yanaşı, hökumət rəsmiləri diplomatlarla şəxsi söhbətlər zamanı siyahi məhbusların bu həftə azad ediləcəyini deyib.