"Niva" aşdı, sürücü həyatını itirdi

14:51 21.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində Emil Sadıqov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Araşdırma aparılır.

 

Oxunma sayı 844