"Nuru Paşaya heykəlin qoyulması dostluğumuzu daha möhkəmləndirər"- Millət vəkili

16:11 11.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 15-də Bakının erməni silahlı dəstələrindən azad edilməsinin növbəti ildönümü qeyd ediləcək. Hər dəfə bu tarix yaxınlaşdıqda Bakının işğaldan azad edilməsində müstəsna xidmətləri olmuş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya Bakıda heykəlin qoyulması məsələsi qabardılır. Lakin bu təklif elə təklif olaraq da qalmaqdadır. 

Məsələ ilə bağlı hafta.az-a danışan millət vəkili Fəzail İbrahimlinin sözlərinə görə, Nuru paşanın heykəlinin qoyulması məsələsi Milli Məclisdə təklif olunub: "Bu sadəcə bir təklif idi. Bir var gündəmə salınan məsələ - o yekdilliklə müzakirə edilir, ona rəy bildiririlir, qərar qəbul edilir. Hər bir deputatın səlahiyyəti vardır ki, ayrı-ayrı məsələlərlə bağlı fikir bildirsin, təklif irəli sürsün".

Deputat hesab edir ki, Nuru paşaya heykəl qoyulması məsələsi bir təklif kimi irəli sürülmüşdü: “Ola bilsin, bu təklifi edən deputatlar yenidən gündəmə gətirsinlər. 15 sentyabr Qafqaz İslam Ordusunun Azərbaycanı erməni işğalından qurtardığı gündür. Dövlətimiz də bu məsələyə yüksək münasibət bildirir. Mən elə hesab edirəm ki, Nuru Paşanın heykəlinin Azərbaycanda qoyulması Azərbaycan-Türkiyə dostluğunu daha möhkəmləndirmiş olar. Bunun əksinə isə heç kim çıxmaz. Bu bir istəkdir. Reallaşsa çox gözəl olar".

 

Siyasət rubrikasından digər xəbərlər