"Ölkələr bəşəriyyətin birliyi naminə fikir ayrılıqlarını kənara qoymalıdırlar" - BƏƏ-nin Dövlət naziri

15:18 29.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gün COVİD-19 pandemiyasına qarşı mübarizədə 1000 tondan çox fərdi qoruyucu vasitələr, tibbi və qida yardımı ilə dünya üzrə 1 milyondan çox tibb işçisinə kömək göstərməklə beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini irəli sürüb.

BƏƏ-nin ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, bu önəmli məlumatı şərh edərkən Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri Reem bint İbrahim əl-Haşimi “BƏƏ yarandığı gündən bəri digər ölkələrlə dostluq və həmrəylik əlaqələrini dəstəkləyib. "Bütün ölkələrin bəşəriyyətin birlik və xeyiri naminə fikir ayrılıqlarını bir kənara qoymalıdırlar. Bugünkü 1 milyon tibb işçisinə kömək etmək mərhələsi, BƏƏ-nin bu yardımı alacaq insanların dinindən, irqindən və ideologiyasından asılı olmayaraq dünyaya əməkdaşlıq əli uzatmaq öhdəliyini bird aha sübut edir”, – deyə nazir vurğulayıb.

"Birləşmiş Əərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nahyan, vitse-prezident, Baş nazir və Dubay hakimi Şeyx Məhəmməd bin Rəşid əl-Maktum, Əbu Dabinin vəliəhd şahzadəsi və BƏƏ Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed əl-Nahyan, pandemiyanın dünyanı bürüdüyü bir vaxtda ehtiyacı olanlara ikiqat yardım göstəriblər. Bu dəyərlərə, ümumi insanlığımıza hörmət və ehtiyacı olanlara kömək etmək istəyi ilə BƏƏ-nin öz qurucu atası olan Şeyx Zayed bin Sultan əl-Nahyanın irsi üzərinə qurulmuş baxışını göstərir”, – deyə xanım nazir əlavə edib.

COVİD-19 pandemiyası yayılmağa başladığı andan bəri, BƏƏ virusun yayılmasının qarşısını almaq üçün qlobal humanita səylərdə lider dövlətdir. Dünyadakı ən aktiv COVİD-19 xarici yardımları edən ölkə kimi BƏƏ coğrafi genişliyi, Çin, İtaliya da daxil olmaqla, irqi və dini ayrı-seçkilik salmadan Birləşmiş Krallıq, İran, Pakistan, Braziliya, Rusiya, Yəmən və Əfqanıstan kimi 70 ölkəyə ehtiyac duyduqları vaxtda yardım göstərilib.

BƏƏ COVİD-19 yardımının səmərəliliyini artırmaq üçün çoxsaylı beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir. COVİD-19 virusuna qarşı dünyanın ən böyük humanitar yardım mərkəzi Dubayın Beynəlxalq Humanitar Şəhərində yerləşir ki, buradan Ümumdünya Səhiyyə Təşkilatının aldığı tədarüklərin təxminən 80 faizi keçir. BƏƏ-nin coğrafi mövqeyini və əla logistika infrastrukturunu maliyyələşdirən Dubay Beynəlxalq Humanitar Şəhəri kritik yardım platforması rolunu oynayıb.

Mayın 4-də BƏƏ BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə birlikdə, COVİD-19-un zərərləri ilə mübarizə aparan xalqlara həyat sağlamlığı və humanitar yardım təmin etmək üçün beynəlxalq hava körpüsü əməliyyatına başlayıb.

Həmin gün BƏƏ həmçinin, COVİD-19 üçün peyvənd tapmaq, istehsal etmək və paylamaq üçün 7,5 milyard avro toplamaq naminə Avropa liderləri tərəfindən təşkil edilən qlobal yatırım konfransına qatılıb. Bundan əlavə, beynəlxalq elmi ictimaiyyətin COVİD-19-la bağlı anlayışlarına töhfə vermək üçün BƏƏ müxtəlif məlumat bazalarında, həmçinin açıq mənbəli Nexstrain bazasında açıq şəkildə genomik ardıcıllıq və mutasiya məlumatlarını paylaşıb.

İstər tibbi yardımların, istər genom məlumatlarının, istərsə də ehtiyacı olan hər kəsə peyvəndin çatdırılması üçün BƏƏ bu gün və gələcəkdə də etibarlı tərəfdaş və xeyirxahlıq səsi olacaq.

Oxunma sayı 3123