"Ömrünü belə mənalı işlərə sərf edən insanlar əslində ölmürlər” -

13:20 25.06.2019
Yazını böyüt
Yazını kiçilt

Xalq ÅŸairi

İyunun 24-də dünyasını dəyişən görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla ona hər zaman doğma yer olan Bakı Dövlət Universitetində vida mərasimi keçirildi.

Hafta.az xəbər verir ki, vida mərasiminə onun dərs dediyi tələbələr və tanınmış simalar da qatılıblaar. Böyük alim, tədqiqatçı haqqında xatirələrini bölüşüblər.

Bu gün vida mərasimində iştirak edən ziyalılar arasında onun tələbəsi və özü dediyi kimi dostu xalq şairi Sabir Rüstəmxanlı da var idi. Çox ağır hisslər fonunda Şirməmməd müəllim haqqında qısa da olsa xatirələrini bölüşdü.

Xalq şairi dedi ki, Şirməmməd müəllim sözün əsl mənasında böyük müəllim və müəllimlər müəllimi idi: “95 illik ömrünün böyük hissəsini Bakı Dövlət Universitetində çalışmışdır. Mən universitetdə oxuduğum müddətdə dekan müavini idi. Bütün tələbələrlə dost idi. O cümlədən mən özüm də tələbə olmağıma baxmayaraq, Şirməmməd müəllimlə dost idik. O dostluğumuz ömrünün axırına qədər davam elədi. 20-ci əsr Azərbaycan jurnalistikasının yəni müstəqil dövlətimizin mətbuat tarixinin ən bacarıqlı, vicdanlı araşdırıcısı idi. O, hələ Sovet dövründə Məmməd Əmin Rəsulzadənin adı yasaq olanda onun yaradıcıllığını araşdırırdı. Qeyri-adi yaddaşı var idi. 1930-1940 ci illərdə xalqın həyatında baş verən bütün hadisləri o bilirdi. Xüsusən də represiyya illərinə aid çoxlu araşdırmaları yazmışdı. Azərbaycanın ilk müstəqil qəzeti olan “Azərbaycan” qəzetini buraxanda ardıcıl yazıları orada çap olunurdu. Şirməmməd müəllimin pedeqoji fəaliyyəti isə bir ayrı mövzudur. Həm də o, şox ədalətli, prinsipial müəllim idi. Bəziləri alim olur və sakit bir kənarda çəkilib susurlar. Şirməmməd müəllim isə ömrünün axırına qədər arxivləri araşdırdı. Onun görüşdüyü insanlardan biri Bəxtiyar Vahabzadə idi. Onlar çox yaxın dost və məsləkdaş idilər. Ömrünü belə mənalı işlərə sərf edən insanlar əslində ölmürlər”.

Oxunma sayı