"Online xəyanət", sosial şəbəkələrdə artan insan alveri - SOS

14:48 14.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son illər sosial şəbəkə istifadəçilərin sayı günbəgün artmaqdadır. Artıq  hər nəslin nümayəndəsinə “Facebook”da, “İnstagram”da bir az da dərinə getsək “Tik tok”da görmək olar. İnsanların vaxtına girən sosial şəbəkələr ailələrə də müdaxilə edə bilib. Ən təhlükəlisi isə sosial şəbəkələrdə insan alveri artıb. Bu da virtual dünyanın yeni gətirdiyi fəsadlardan biridir.

Bəs bu gün Azərbaycanda sosial şəbəkələrdə insan alverinə qarşı hansı təhlükəsizlik tədbirləri həyata keçirilir?

Bununla bağlı hafta.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu  dedi ki, sosial şəbəkələr hazırda insan həyatının vacib hissəsidir. Bu, olmasa həyat indikindən daha maraqsız görünər:

Sosial şəbəkələr ilan zəhəri kimi bir şeydir. Düzgün istifadə etdikdə çox qiymətli dərmandır, dozanı çox etdikdə fəsad yaradır, daha çox etdikdə isə öldürür. Sosial şəbəkələr də belədir. Ondan istifadə etdikdə əlaqələrimiz qurulur, geniş auiditoriyaya çıxış əldə edirik. Biz çalışmalıyıq ki, sosial şəbəkələrdən istifadə mədəniyyətimizi yaradaq, inkişaf etdirək. Bilək ki, özbaşınalıq deyil. Bir çox hallarda insanlar bunu dərk edir. Bir qrup insan da var ki, heç dərk etmir. O zaman iş inzibati müdaxiləyə qalır. Burada da müəyyən nəzarət sistemi olmalıdır. Təəssüf ki, Azərbaycanda bu sahədə nəzərə çarpacaq nəzarət yoxdur. Hüquqşünaslar müzakirə edirlər ki, “online xəyanət” kimi anlayış məsələsi qabardılsın. Ailələrin dağılmasında “online xəyanət”in böyük rolu var. Bir əxlaqlı insan sosial şəbəkələrdə elə insanla qarşılaşır ki, bir aydan sonra mənəviyyatını, əxlaqını dəyişir. Həmçinin insan alveri də belə olur yaranır. Ona görə də bu sahədə qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Nəzarət mexanizmləri düşünülməlidir”.