"Pakistanın Ermənistanı tanıyacağına dair xəbərlər yalandır" - Səfirlik

16:43 14.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son günlər Pakistanın guya Ermənistanı müstəqil dövlət olaraq tanıyacağına və İrəvanla diplomatik münasibətlər yaradacağına dair sosial şəbəkələrdə və bəzi KİV-lərdə söz-söhbət dolaşmaqdadır.

Hafta.az yazır ki, Pakistanın Azərbaycandakı səfirliyi bu müstəvidə yayılmış xəbərlərə münasibət bildirib. Səfirliyin açıqlamasında deyilir ki, Azərbaycan mətbuatınada ölkənin Ermənistanla diplomatik münasibətlər quracağına dair yanlış məlumatlar yer alıb. "Səfirlik bəyan edir ki, Ermənistanın tanınması ilə bağlı heç bir şans yoxdur və yayılan məlumatlar əsassızdır", - səfirliyin açıqlamasında deyilir.

Siyasət rubrikasından digər xəbərlər