"Qarabağ"a görə Bolqarıstan klubuna "yox" dedi

21:20 13.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev bu yay ölkəsindən təklif alıbmış.

Hafta.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, "Botev" klubu 26 yaşlı futbolçunu heyətinə qatmaq istəyib. Ancaq Bolqarıstan millisinin üzvü "Qarabağ"da qalmaq istəyini bildirib və Plovdiv təmsilçisinin təklifinə "yox" cavabı verib.

Qeyd edək ki, Slavçev "Qarabağ"a ötən yay Portuqaliyanın "Sportinq" klubundan keçib.