"Qarabağ Azərbaycandır" bəyanatı bu gün ölkəmizin hər yerində eşidirik - Əli Əhmədov  

14:33 10.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Ölkə başçısının "Valday" diskusiyya klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır" bəyanatı bu gün ölkəmizin hər yerində eşidirik. Həmin bəyanatın məğzi ondan ibarət idi ki, Azərbaycanın erməni əhalisi Azərbaycanın tərkibində çox kiçik etnik qrupdur bu kiçik qrupun xalqların müqəddəratını təyin etmə prinsipindən yararlanması absurddur".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu baş nazirin müavini Əli Əhmədov "Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri" mövzusundakı dəyirmi masada deyib. Əli Əhmədov bildirib ki, bu kiçik qrupun belə iddiası dünya birliyi tərəfindən də qəbul olunmur:

"Milli birliyi, vətənda. həmrəylini təmin edən fundamental ideyalardan biri məhz "Qarabağ Azərbaycandır" fikridir. Güman edirəm ki, bu daha böyük hərəkata çevriləcək. Bu Azərbaycan Ordusunun döyüş qabiliyyətinin əzmini torpaqlarımızı azad emtək istəyini daha da gücləndirir. Azərbaycan hər hansı bir parçasının mənsubiyyətini dəyişməsinə heç bir halda razı deyil".

Siyasət rubrikasından digər xəbərlər