"Qarabağ Azərbaycandır" hərəkatının yaranması ikili standartlara etirazımızın göstəricisidir" - Aydın Hüseynov

14:23 09.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Prezidenti İlham Əliyevin Soçi şəhərindəki Valday beynəlxalq diskussiya klubunda etdiyi son dərəcə tarixi və müdrik çıxışının bu qədər geniş müzakirə olunması xalqla prezidentin birliyinin vəhdəti kimi yüksək dəyərləndirilməlidir".

Hafta.az yazır ki, bu fikirləri YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov səsləndirib. Millət vəkili deyib ki, Baş nazirin müavini, eləcə də YAP sədrinin müavini - icra katibi Əli Əhmədovun təşəbbüsü ilə "Qarabağ Azərbaycandır" hərəkatının yaranması aktuallığı ilə seçilir. Onun sözlərinə görə, bu, vahid lider ətrafında milli birliyimizin, Qarabağ uğrunda birgə mübarizəmizin, haqqı tapdanan xalqımızın dünyaya mesajının və beynəlxalq aləmdə hələ də hökm sürən ikili standartlara etirazımızın göstəricisidir. "Dünya birliyinə bir daha bəyan oldu ki, Azərbaycan haqqı yolunda sona qədər mübarizəsini davam etdirəcək" deyən A.Hüseynov əlavə edib ki, xalqımızın bütün vətənpərvər övladlarının Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu hərəkatın fəal iştirakçısı olacağına əmindir.

Siyasət rubrikasından digər xəbərlər