"Qarabağ"dan ardıcıl 7-ci qələbə, "Zirə" "Qəbələ" ilə heç-heçə etdi

22:30 06.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Hafta.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Günün ilk matçında "Qəbələ" "Zirə"nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Digər oyunda isə lider "Qarabağ" "Sabah"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Bununla da, Ağdam klubu ölkə çempionatında ardıcıl 7-ci qələbəsini qazanıb.

6 oktyabr (bazar)

“Qarabağ” – “Sabah” - 2:0
Qollar: 
Qeye, 17, Abbas Hüseynov, 51
Tofiq Bəhramov adına Respublika Stadionu

“Zirə” – “Qəbələ” - 1:1
Qollar: 
Ülvi İsgəndərov, 64 (0:1), İlkin Muradov, 67 (1:1)
Zirə İdman Kompleksinin stadionu