"Qarabağ"dan xal itkisi, "Sumqayıt"dan qələbə

20:59 10.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Hafta.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

"Sabah" öz meydanında "Sumqayıt"ı qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar əzmkar qələbə qazanıb - 3:1.

Digər görüşdə isə lider "Qarabağ" "Zirə"ni sınağa çəkib. Oyun heç-heçə yekunlaşıb.

10 noyabr (bazar)

“Qarabağ” – “Zirə” - 1:1 
Qollar:
 Maqaye Qeye, 5 (1:0), Riçard Qadze, 69 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

“Sabah” – “Sumqayıt” - 1:3
Qol:
 Ulise Diallo, 32 (1:0), Peyman Babayi, 56 (1:1), Mehdi Şərifi, 76 (1:2), Əmir Ağayev, 90+5 (1:3)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
“Bank Respublika Arena”