"Qarabağ" ilk dəfə xal itirdi, "Sabah"dan heç-heçə

21:17 19.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb.

Hafta.az xəbər verir ki, 2-ci dövrə 8-ci turun görüşləri ilə başlayıb. 
 
Bu gün lider  “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu, Ağdam klubunun 2019/2020 mövsümündə ölkə çempionatında ilk xal itkisi olub. Qurban Qurbanovun komandası bundan əvvəlki 7 oyunun hamısında qələbə qazanmışdı.

Günün digər matçında  “Keşlə” “Sabah”ı qəbul edib və bərabərə qalıb -1:1.
 
Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
19 oktyabr

“Keşlə” – “Sabah” - 1:1
Qollar: 
Vüsal İsgəndərli, 16 (1:0), Hendrik Ekşteyn, 90+2 (1:1)
Qırmızı vərəqə: Filip İvanoviç, 90+3-ikinci sarı vərəqə ("Sabah")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
“ASCO Arena”
 
“Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: 
Qismət Alıyev, 3 (1:0), İsmayıl İbrahimli, 9 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu