"Qarabağ"ın oyununun biletləri 150 avroya

11:54 05.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Düdelanj"ın Avropa Liqasının qrup mərhələsində APOEL,"Qarabağ" və "Sevilya" ilə "Jozi Bartel" stadionunda keçiriləcək ev oyunları üçün biletlərin qiyməti açıqlanıb.

Hafta.az qol.az-a istinadən xəbər verir ki, qiymətlər sektorlardan asılı olaraq 75, 100 və 150 avro arasında dəyişəcək.

Əvvəlcə sentyabrın 13-də "Qızıl kart", abunə və ya üzvlük kartı olanlar üçün bilet satışı başlanacaq. Qalan biletlər isə sentyabrın 14-ü satışa çıxarılacaq.

Xəbərdə həmçinin klub rəhbərliyinin "Sevilya" və "Qarabağ"la səfər matçlarına  azarkeş aparmağı planlaşdırdığı vurğulanıb. Bununla bağlı məlumat veriləcəyi bildirilib.