"Qarabağ"la oyunda telefon və ya ratsiya ilə göstəriş verəcək

13:55 12.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Düdelanj" Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la bugünkü oyuna baş məşqçisiz çıxacaq.

Buna səbəb komandanın çalışdırıcısı Bertran Krassonun sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Görüşü tribunadan izləməli olacaq  belçikalı mütəxəssis matç zamanı köməkçisi Lehit Zeqdaneyə istədiyi vaxt fikrini çatdıra biləcək. O, komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək.Bildirilir ki, UEFA qaydalarına görə, baş məşqçinin telefonla əlaqə saxlamasına icazə verilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.

 

Oxunma sayı 26