"Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər Türkiyənin də məsələsidir" - Haluk Selvi

13:20 24.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədəki Sakarya Universiteti nəzdində fəaliyyət göstərən Türk-Erməni Araşdırmaları Mərkəzinin direktoru, professor Haluk Selvi yerli mediaya açıqlamasında bildirib ki, Qarabağ münaqişəsi Türk-İslam dünyasının qanayan yarasıdır. Qarabağ torpaqlarının 1992-ci ildən bu yana Ermənistanın işğalı altında olduğunu xatırlatan Selvi, Qarabağ probleminin ən dəhşətli hissəsinin məhz 1992-ci ildə Xocalıda yaşanan hadisələr olduğunu deyib. 

H.Selvi deyib ki, Qarabağ problemi və Xocalı qətliamı Türkiyənin xarici siyasətində vacib yer tutur. Beynəlxalq müstəvidə Azərbaycanın yanında dayanan, onun haqlı mövqeyini müdafiə edən ilk dövlətin Türkiyə olduğunu bildirən Selvi, 1992-ci ildə Sovet İttifaqının dağılma prosesi çərçivəsində Xocalı qətliamının yaşandığını və Ermənistan tərəfindən Azərbaycan türklərinə qarşı cinayət tətbiq edildiyini qeyd edib. 

"Keçmiş sovet Rusiyasının Qafqazdan çıxarkən arxasında münaqişələr qoymaq istəyib. Bunun üçün də Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsini yaratmaqla, bu iki yenicə müstəqilliyinə qovuşmuş ölkənin inkişafına mane olmaq niyyəti güdüb. Rusiya bu yolla hər iki ölkəni özündən asılı vəziyyətə salıb. O zaman Qarabağ bölgəsi əhalisinin 75 faizi Azərbaycan türkləri idi. Amma planda bu torpaqların Ermənistana birləşdirilməsi niyyəti dayanırdı. Odur ki, Sovet Rusiyası, 1918-ci ildə yürütdüyü siyasətini təkrarlamağa başladı. 1918-ci ildə Ərzurum, Van, Gümüşhanə və Bayburtda erməni silahlıların həyata keçirdiyi qətliamların eynisini, 1992-ci ildə, silah və sursatla təmin etdiyi Ermənistanın əli ilə Azərbaycanda gerçəkləşdirdi", - professor deyib. 

H.Selvi deyib ki, 1992-ci ildə Xocalı şəhəri mühasirəyə alınıb, insanlar soyuqdan və aclıqdan həlak olub, erməni silahlılar orada təxminən 700 günahsız insanı qətlə yetirib və təbii ki, sözün əsl mənasında qətliam törədib. 

"Xocalıda 1992-ci ildə icra olunan qətliam, 1948-ci ildə bağlanmış Soyqırım Anlaşmasının təyuin etdiyi prinsiplərə tam uyğun gəlir. O gündən bu yana Azərbaycan dünya ölkələrinə haray çəkib dərdini anlatmağa çalışır. İstəyir ki. dünya birliyi baş verənləri insan haqlarının pozuntusu deyil, tam mənası ilə soyqırım olduğunu başa düşsün. Qarabağ əhalisinin 75 faizi Azərbaycan türkləri olduğu halda sonrakı illər ərzində bu milli faiz nisbəti əksinə dəyişdi. 1998-ci ildə BMT, Ermənistanın Qarabağı haqsız şəkildə işğal etdiyini təsdiqləyib, amma bəzı Avropa ölkələri bu qərara qarşı çıxaraq Türkiyə və Azərbaycanı erməni düşmənçiliyi ilə üz-üzə buraxıblar" deyən professor əlavə edib ki, bu, dünya ölkələrinin tarixən oynadıqları ikili oyunun göstərici idi.

"Qarabağ münaqişəsi Azərbaycanın olduğu qədər Türkiyənin də məsələsidir" deyən H.Selvi deyib ki, bu səbəbdən də sözügedən münaqişənin həlli məsələsində ən sərt addımları da türkiyə atır. O. qeyd edib ki, qanayan yaraları hesab etdikləri Qarabağ probleminə, Suriya, Hələb, Kərkük, Süleymaniyyə qədər və hətta onlardan daha artıq üzülürlər. O, bu işğaldan dolayısı Ermənistana yeganə embarqo tətbiq edən ölkənin də məhz Türkiyə olduğunu diqqətə çatdırıb. "Bütün faktlar BMT-yə tədim edilir, amma qəbul eləmək istəmirlər. Haqq güclünün yanındadır. Xocalı məsələsində haqlı olan Azərbaycan türkləridir. Biz də Türkiyə olaraq məzlum və haqlıların yanındayıq" deyib professor H.Selvi.

H.Selvi, bu gün də Avropada İslam dünyasına qarşı çox güclü düşmənçilik dalğasının olduğunu deyib. "Türkiyə Qafqazda, Yaxın Şərqdə və bütün dünyada Azərbaycanı Xocalı soyqırımı məsələsində ən güclü və birmənalı şəkildə dəstəkləyən dövlətdir. Amma bu məsələdə güc birliyimizə ehtiyac var. Ermənistan əliqanlı, radikal və yoxedici ölkə mövqeyi sərgiləyir. Amma ən pisi budur ki, özünü Avropada məsum kimi tanıdıb və bu gün də eyni dondadır. Bu ikiüzlüyə qarşı çıxmaq üçün yeganə çıxış yol Türkiyə və Azərbaycanın birlikdə olmasıdır. Bu ikiüzlülük ancaq düşünülmüş xarici siyasət, güclü hərbi və iqtisadi infrastruktura malik olmaqla dayandırıla bilər" deyən professorun açıqlamasından sonra, məqalədə Xocalı soyqırımı haqda xatırlatma verilir. Bildirilir ki, Sovet ordusunun 366-cı motoatıcı diviziyasının birbaşa köməyini alan Ermənistan ordusu 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərini işğal edərək 63-ü uşaq, 106-sı qadın, 70-i qocalar olmaqla 613 nəfəri qətlə yetirib. Qırğınlardan 76-sı uşaq olmaqla, 487 nəfər ağır yaralı olaraq qurtulub.

Hadisə zamanı Ermənis hərbi birlikləri 1275 nəfəri əsir aparıb ki, onların 150-sindən hələ də xəbər yoxdur.

Oxunma sayı 138