"Qarabağ" və "Zirə"dən qələbə

20:08 08.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.

Hafta.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. Qış fasiləsindən sonra uğurlu çıxış edən "Səbail" ardıcıl məğlubiyyətlərlə üzləşən "Zirə"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1.

Digər oyunda isə lider "Qarabağ" "Keşlə"nin qonağı olub. Ağdam klubu rəqibini 2:0 hesabı ilə məğlub edib. Bununla da, "Qarabağ" yenidən ikinci pillədə olan "Neftçi" ilə xal fərqini 8-ə çatdırıb.

8 mart (bazar)

“Keşlə” – “Qarabağ” - 0:2
Qollar:
 Abdullah Zubir, 31, Filip Ozobiç, 87
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
“ASK Arena”

“Səbail” – “Zirə” - 1:3
Qollar: 
David Volkov, 12 (0:1), Rauf Əliyev, 34 (1:1), Ağabala Ramazanov, 59 (1:2), Şafik Tiqrudja, 80 (1:3)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”

Oxunma sayı 132