"Qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub"- Bəxtiyar Məmmədov

16:41 27.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakıda metroda işıqlar sönüb və sərnişinlər vaqonlardan düşürdülüb.

Hafta.az xəbər verir ki, bu gün işıqların sönməsi nəticəsində metroda qatarların bir neçəsi dayanıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a dedi ki, saat 15:48-də Bakı metropoliteninə gələn elektrik xətlərində gərginliyin verilməsində qısamüddətli problem yaranıb:

"3 stansiya istisna olunmaqla ("Xalqlar dostluğu-Həzi Aslanov" sahəsi), bütün xətlərdə hərəkət bərpa olunub. Qatarlar "Neftçilər" stansiyasına qədər hərəkət edir. Qeyd edilən sahədə dizel-generatorlar qoşulmaqla, qatarlar stansiyalara verilib və sərnişinlər təxliyə olunub".

Sosial rubrikasından digər xəbərlər