"Qəbələ" 26 futbolçu sifariş etdi - Avropa Liqası

10:32 21.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Dinamo (Tiflis) klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

Hafta.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, siyahıda ümumilikdə 26 futbolçu yer alıb:

Qapıçılar: 1. Anar Nəzirov, 94. Tərlan Əhmədli, 36. Elməddin Sultanov

Müdafiəçilər: 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 5. Rasim Ramaldanov, 28. Murad Musayev, 74. Yusif Nəbiyev, 15. Vüsal Məsimov, 20. Faiq Hacıyev, 53. Xəyal Muradov

Yarımmüdafiəçilər: 6. Kamal Mirzəyev, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov, 19. Rövlan Muradov, 21. Fernan Lopez, 77. Merab Qiqauri, 22. Rüstəm Nuruyev, 55. İdris İnqilablı, 99. Veysəl Rzayev

Hücumçular: 9. Davit Volkov, 13. Kristian Kouakou, 14. Ülvi İsgəndərov

Xatırladaq ki, “Qəbələ” ilə “Dinamo” arasında ilk oyun iyulun 25-də Qəbələdə, cavab matçı isə avqustun 1-də səfərdə olacaq.