"Qısa müddət ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olundu"- Musa Quliyev

12:22 29.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi dünən Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında olub.

Dövlət başçısı açılış zamanı bildirib ki, dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər: "ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz, əlbəttə ki, torpaqlarımızın azad olunmasında əsas rol oynayacaqdır. Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır".

"Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir",- deyə Prezident əlavə edib

"Məcburi köçkünlərə dövlət qayğısı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sosial siyasətin mühim bir tərkib hissəsidir".

Bunu isə millət vəkili Musa Quliyev  Qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədə - “Qobu Park-3” yaşayış kompleksinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirakına münasibət bildirərkən dedi. Millət vəkili qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən də bu siyasət uğurla həyata keçirilir: “İlham Əliyev 2003-cü ildə prezident seçilərkən vəd verdi ki, qısa müddət ərzində Azərbaycanda bir nəfər də olsun çadır şəhərciyində, vaqon evlərdə yaşamayacaq. 2007-ci ildə, yəni qısa müddət ərzində Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olundu. Məcburi köçkünlər üçün hər bir şəraiti olan qəsəbələr salınmağa başlanıldı. Azərbaycanda 106 qəsəbə salındı. 300-dən çox məcburi köçkün vətəndaşın mənzillə təmini həyata keçirilib. Burada da xeyli ailə məskunlaşan biləcək”.

Oxunma sayı 1315