"Real" hücumçusunu "Benfika"ya satdı

18:42 04.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Real" hücumçusu Raul de Tomasla vidalaşıb.

Futbolçu "Benfika"ya satılıb. Portuqaliya klubu bu keçid üçün "kral klubu"na 24 milyon avro ödəyib. Forvard yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Real"ın yetirməsi olan 24 yaşlı de Tomas ötən mövsüm "Rayo Vallekano"da icarə əsasında çıxış edib, La Liqada 33 oyunda 14 qol vurub.

Oxunma sayı 18