"Real"ın oyunçusunda koronavirus aşkarlandı

16:30 12.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın "Real" klubunun basketbol komandasının bir üzvündə karonavirus aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə "kral kubu"nun rəsmi saytı məlumat yayıb. "Real"ın basketbol və futbol komandaları eyni ərazidə məşq etiyi üçün hər ikisi karantinə alınıb. Klubun açıqlamasında deyilir:

"Basketbol komandamızda bir oyunçunun koronavirus testi pozitiv çıxıb. Eyni yerdə çalışdığı üçün basketbol və futbol komandaları karantinə alınıb. Bütün "Real" personalının da karantinə alınması tövsiyə olunub".

Oxunma sayı 109