"S-400"ləri Azərbaycan türkü istehsal edib - xarici media

13:45 17.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Rusiyadan aldığı uzaq mənzilli havadan müdafiə sistemi olan "S-400"lər dünyanı həyəcanlandırdığı bir vaxtda, biz azərbaycanlıları sevindirən xəbər yayılıb.

Hafta.az yazır ki, xarici mediada yayılan hjəmin məlumata görə, artıq ilkin hissələri Türkiyəyə gətirilən həmin "S-400"lərin əsas istehsalçısı Rusiya vətəndaşı olsa da, əslən türkdür. Xarici mətbuat Rusiyanın ən gizli sənaye quruluşu olan Almaz-Antey elmi araşdırma şirkətinin keçmiş rəhbəri, "S-300 Favorit" və "S-400 Triumph" raketdən müdafiə sisteminin istehsalçısının Azərbaycan əsilli İqor Aşurbəyli olduğuni yazmaqdadır.

Məsələnin belə əks-səda doğurduğunu görən adıçəkilən elmi araşdırmalar institutunun rəhbərliyi internet üzərindən maraqlı bir açıqlama yayıb. Yayılan söz-söhbəti təsdiqləyən institut rəhbərliyinin statusunda deyilir: "S-400"ləri istehsal edən şəxsin əslində türk olduğunu bilirsinizmi? O, İqor Aşurbəylidir, Rusiyada yaşayan Azərbaycan əsilli türk. "S-300" və "S-400"lərin ərsəyə gəlməsində onun rolu əvəzsizdir".

Əslən azərbaycanlı olan İqor Rauf oğlu Aşurbəyli 1963-cü il sentyabrın 9-da Bakıda doğulub. O, 1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 saylı xüsusi təmayüllü orta məktəbi qızıl medalla başa vurub. 1985-ci ilə Azərbaycan Sənaye İnsitutunu bitirən Aşurbəyli namizədlik dissertasiyasını da məhz 30 may 1992-ci ildə Sənaye İnsitutunda müdafiə edib. Elmi işinin mövzusu isə "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri" olub.

Sonradan ailəsi ilə birlikdə Moskvaya köçən Aşurbəyli hazırda bu ölkənin vətəndaşıdır. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, "Almaz-Antey"”konstruktor bürosunun sabiq rəhbəridir. Texnika elmləri doktoru, Socium Holdinq İdarə Heyətinin prezidenti, Asqardia Kosmos Millətinin qurucusudur.

2016-cı ildə UNESCO tərəfindən nanotexnologiya sahəsinə verdiyi töhfələrə görə onu medalla təltif edib.

İqor Aşurbəyli Rus pravoslav kilsəsinin 2-ci və 3-cü dərəcəli “Moskva knyazı müqəddəs Daniil” və “Şərəf” ordenləri, “Georgi Jukov”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi”, “Rusiya Donanmasının 300 illiyi”, “Moskvanın 850 illiyi” xatirə medalları ilə təltif olunub. Bundan əlavə, akademik V.Utkin adına qızıl medalın, “SSRİ EA-nın akademiki A.A.Raspletin” gümüş medalının sahibidir. İki dəfə “İlin meneceri” Moskva müsabiqəsinin, “Müəssisə Sahibi - Alim il” nominasiyasında “Rusiya Milli Olimpi” mükafatının, “Rusiya iqtisadiyyatının lideri” milli mükafatının, akademik A.Proxorov adına mükafatın, “İlin adamı” milli mükafatının və sair laureatıdır.

 

Siyasət rubrikasından digər xəbərlər