"Sabah"ın futbolçusu milliyə çağırıldı

17:15 10.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Moldova millisinin Andorra və Rusiya seçmələri ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Engin Fıratın dəvət göndərdiyi 25 futbolçu arasında "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk da var. Komanda martın 23-də Vadul luy Vode şəhərində bir araya gələcək.

Qeyd edək ki, Moldova millisi martın 26-da evdə Andorra, 5 gün sonra isə Rusiya ilə üz-üzə gələcək.

Oxunma sayı 168