"Sərhəd bölgəsində dörd bazar açılacaq" - Səfir 

16:08 15.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bura gəlmədən öncə İranın Azərbaycanla həmsərhəd vilayətlərində oldum. Orada bəzi yerlərdə gələcəkdə sərhədyanı bazarların açılacağını dedilər. İrana ticarətə getmək istəyən azərbaycanlılar həmin bazarlardan, ya da istəsələr ölkənin müxtəlif şəhərlərindən alış-veriş edə bilərlər".

Hafta.az-ın yazdığına görə, bu sözləri İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi keçirdiyi ilk mətbuat konfransında deyib. Diplomat qeyd edib ki, bu il sərhədyanı bazarlardan bir neçəsi açılacaq.

İran şirkətlərinin Qarabağda iş qurması ilə bağlı yayılan xəbərlərə açıqlama gətirən səfir deyib ki, əgər hansısa iranlı iş adamı Qarabağda iş qurursa, bu qanunsuzdur və yolverilməzdir.

"İranın bir hissə ərazisi bir müddət işğal altında olub və heç bir qeyrətli insan bununla razılaşa bilməzdi. Şəxsən mən torpaqlarımızı azad etmək üçün əlimə silah almışam. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunması çox vacibdir. Biz bunu Azərbaycanın haqqı hesab edirik. Azərbaycanın torpaqları azad olunmalıdır və İran bu işdə vasitəçilik etməyə hazırdır. Əgər tərəflər istəsə, bizim yaxşı layihələrimiz var və töhfəmizi verə bilərik", - deyib səgir Musəvi.

Oxunma sayı 3400
Siyasət rubrikasından digər xəbərlər