"Şıxov" çimərliyi, insan izdihamı, yaradılan möhtəşəm şərait- REPORTAJ

16:11 06.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq avqustun 5-dən çimərliklərə getməyə icazə verildi. COVİD-19 pandemiyası ilə əlaqədar olaraq çimərlik mövsumu başlasa da vətəndaşların istifadəsi qadağan edilmişdi.

Operativ Qərargahın göstərişi ilə çimərlik həvəskarları üçun daha bir yenilik oldu. Belə ki, "cimerlik.az" saytı fəaliyyətə başladı. Artıq vətəndaşlar evində oturaraq hansı çimərliyə gedə biləcəyinə öncədən qərar verə biləcək. Saytda çimərliklərlə bağlı məlumatlar əks olunur.
Hafta.az olaraq bu gün Bakı şəhərində yerləşən "Şxov çimərliyi"nə üz tutduq. Yaradılan şəraiti daha yaxından görmək istədik.

Sözügedən çimərlikdə bütün şərait yaradılıb. Soyunub-geyinmə otaqları, duş, istirahət üçün ayrılmış ərazilər və s.

Burada istirahət edənlər də yaradılan şəraitdən məmnundurlar.

Çimərlikdə istirahətə gələn Əvəz Qədirov da deyir ki, burada yaradılan şərait əvvəlki illərdə olmayıb:

" Gec olmasına baxmayaraq burada gəlib istirahət etmək çox yaxşıdı. Şərait rahatdı. Həm də özəlliklə vurğulayım ki, nəzarət çox yaxşıdır".

Ə. Qədirov suyun təmizliyi məsələsinə isə deyir ki, su bu il təmizdi: "Dənizin suyu çox təmizdi. Rahatlıqla girmək olar. Hökumət tərəfindən də diqqət olunduğu üçün bu çimərlikdə çirkab su axıdılmayıb. Yaxşı olardı ki, bu suya daim nəzarət olunsun".

Vüqar Heydərov adlı şəxs isə deyir ki, hər şey yaxşıdı, bircə məhdudiyyətlər də götürülsə yaxşı olar:

"Burada voleybol oynamağa qoymurlar. Dünən top gətirmişdik icazə vermədilər. Dənizə gələn adam dincəlmək istəyir. Yeni əyləncə axtarır. Bu halda insan stress atır. Çox istərdik ki, deyilən icazələri də versinlər. Amma burada yaradılan şəraitə söz yoxdur. O qədər gözəl şərair yaradıblar ki, heç əvvəlki illərdə belə şeyin şahidi olmamışıq".

Çimərlik ərazisində çağırış xarakterli plakatlar da vurulub. Bunda əlavə FHN nümayəndələri nəzarət edirlər. Həmçinin "ASAN könüllüləri" komandası bura gələn insanlara köməklik edirlər.
Bir sözlə atalar yaxşı deyib:"Gec olsun, güc olsun". Çimərlik mövsümü gec açılsa da yaradılan şərait insanların könlünü ram edəcək. Hər bir istirahət edən və çimərliklərə üz tutan vətəndaşlarımıza xoş istirahətlər arzu edirik.

Bəs çimərliyin insan üçün faydası nədən ibarətdir?

Həkim, terapevt Rasif Bağırov deyir ki, çimərliklərdən daimi istifadə edən adamlarınimmuniteti çox yaxşı olur:

"Bunu tibbi cəhətdən belə izah etməsək də məlum məsələdir. Bədənin D vitamini qəbul etməsinin ən yaxşı metodlarından biri elə çimərlikdir. Çimərlikdə qum, su, hava və s. təsir formaları var. İmmun sistemi yaxşı olanda xəstəliklərə qarşı müqavimət güclü olur. Bundan əlavə günəş şuasının düz düşməsi nəticəsində dəridə D vitaminin sintezi artır. Hesablamalara görə, insaların çoxunda, təqribən 70 faizində D vitamini çatışmır. Çünki günəş şuası ilə, dərinin bitbaşa əlaqəsi yoxdu. Bu əlaqə dəniz kənarında daha rahat olur".

Bəli, artıq normal həyat tərzimizə yavaş-yavaş dönməyə başkayırıq. Lakin unutmayaqki, bugünki nəticə məhz qaydalara riayət etməklə əldə edilib. Bu səbəbdən hamı qaydalara riayət etməli, çimərliklərə üz tutduqda qoyulan qadağalardan kənara çıxmamağa çalışmalıyıq.

Oxunma sayı 2292