"Son bir həftə ərzində ermənilər Prezidentin bəyanatına tutarlı cavab verə bilməyiblər" - Zahid Oruc

15:57 10.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Ölkə başçısının çıxışı Azərbaycan insanında, dünya azərbaycanlılarında ruh yüksəkliyi yaratmasının bir səbəbi vardı. Indiyə qədər heç bir mənbədə, xüsusən də işğal faktorundan sonra yazılan kitablarda "Qarabağ Azərbaycandır" fikirlərini işlətməmişdi".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib. STM sədri bildirib ki, prezidentin bu bəyanatı 2 milyon erməninin yaşadığı, dünyanın gözünün olduğu məkanda - Soçidə səslənməsi də əhəmiyyətli idi:

"Bu mənada Rusiya rəhbərliyinə təşəkkür edirəm. Bu mənada prezidentin məlum çıxışı ilk idi. 2016-cı ilin aprel döyüşlərindəki məqam nə idisə prezidentin 3 oktyabr çıxışı da bu məqamla eyni müstəvidədir. Biz erməni mediasının monitorinqini apardıq. Son bir həftə ərzində ermənilər bu bəyanata tutarlı cavab verə bilməyiblər".

Siyasət rubrikasından digər xəbərlər