"Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi hazırdır - Komitə sədri

13:18 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi, demək olar, hazırdır”. Hafta.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının (YAP) keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq: “Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra "Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq. Həmin qanun layihəsi hazırlanan zaman beynəlxalq və bir neçə ölkənin təcrübəsi öyrənilib”.

Oxunma sayı 39