"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

20:25 20.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt”  təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək.

Hafta.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "gənclik şəhəri" təmsilçisi iyulun 21-də Rumıniyanın "Petrolul", 24-də Türkmənistanın "Ahal", 29-da Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi", avqustun 1-də isə 1-ci Liqa təmsilçisi "Akhisarspor" ilə qarşılaşacaq.

Qeyd edək ki, qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları barədə hələlik məlumat verilmir.