“Kəlləqənd“in də zayı çıxdı

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən valdığımız məlumata görə, adıçəkilən qurumun 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakının Binəqədi rayonunda, Dərnəgül qəsəbəsi, Naxçıvani küçəsi 52 a ünvanında yerləşən qənd istehsal edən sexdə dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, istehsal antisanitar şəraitdə aparılır, xammalın saxlanması üçün lazımi şərait yoxdur. Bundan başqa məhsul istehsal edən avadanlıqlar yararsız, çirkli saxlanılır, hazır məhsulun sınaqları aparılmır. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı müəssisə rəhbəri fiziki şəxs V.Ağayevə məhsulun istehsal və satışının dayandırılması ilə bağlı iradnamə və tələbnamə təqdim edilib.

Oxunma sayı 79