"Təəssüf ki, bəzi vətəndaşlar koronavirus təhlükəsini hələ də dərk etmirlər"

23:19 30.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Son zamanlar ölkə daxilində də insanların bir-birini koronavirus infeksiyasına yoluxdurma hallarında artım qeydə alınır. İnfeksiyaya daxili yoluxma hallarının daha da artmasının qarşısını almaq məqsədilə məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olunub. Buna səbəb bəzi vətəndaşların hələ də koronavirus təhlükəsini dərk edə bilməməsi, xəbərdarlıqlara məhəl qoymamasıdır".

Hafta.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, xəbərdarlıqlar arasında insanlarla yaxın təmasdan çəkinmək də var: "Çünki koronavirusun inkubasiya dövrünü nəzərə alsaq, hətta xəbərimiz olmadan belə həmin virusun daşıyıcısı ola bilərik. Lakin bəzi vətəndaşlar buna məhəl qoymur, qonaq gedir, evlərinə qonaq çağırırlar. Xüsusi karantin rejimi də belə halların qarşısını almağa yönəlib".

Oxunma sayı 199
Sosial rubrikasından digər xəbərlər