"Türkiyə hökuməti qaçqınlara 40 milyard dollar sərf edib" - SƏFİR  

15:29 21.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin ölkəmizdəki səfiri Özkan Özoral media nümayəndələri ilə bir araya gələrək günümüzdə Türkiyədə və bölgədə baş verən hadisələrdən söz açıb. Səfir deyib ki, hazırda Türkiyədə 3 milyon 650 min suriyalı qaçqın məskunlaşıb.

Bu zamana qədər qaçqınların saxlanılmasına Türkiyə hökuməti 40 milyard dollar sərf edib. "Heç bir ölkə qaçqınlara yardım müstəvisində bizə dəstək vermədi. Yalnız Aİ Türkiyəyə 6 milyard avro ayırdı ki, onun da yalnız yarısı verilib" - deyən diplomat əlavə edib ki, buna baxmayaraq ölkəsi qaçqınların insani ehtiyaclarını qarşılamaqdan geri çəkilməyəcək.

Səfir bildirib ki, "Zeytun dalı" və "Fərat qalxanı" hərəkatı nəticəsində 4 min kvadratkilometr ərazi terrorçulardan təmizlənib və bu gün də eyni məramlı əməliyyatlar aparılır.

"Suriyanın şimalında terror dövlətinin qurulması nəzərdə tutulur. Bu isə həm Suriyanın ərazi bütövlüyü hədəf alıb, həm də Türkiyənin ərazi bütövlüyünə ciddi təhlükə yaradıb" deyən E.Özoral qətiyyətlə bildirib ki, Türkiyə bütün bu xain planların icrasına imkan verməyəcək. "Barış pınarı" nəticəsində 1500 kvadratkilometrədək ərazi teror ünsürlərindən təmizlənib. ABŞ-la razılaşma nəticəsində əməliyyatlara 5 gün ara verilib və terrorçuların nəzərdə tutulan bölgədən çəkilməsini gözləyirik. Zatən verilən vaxtın bitməsinə az qalır. İstəyirik kimsənin canına zərər dəymədən təhlükəsizlik bölgəsi yaransın" deyən səfir ölkəsinin başlatdığı haqq işini uğurla başa çatdıracağına əminlik ifadə edib. 

Siyasət rubrikasından digər xəbərlər