“Taliban“ın rəsmi saytı var

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Taliban“ sosial-media şəbəkəsindən, o cümlədən “Facebook“ və “Twitter“dən istifadə edir. İndi “Taliban“ın rəsmi saytı var və orada müxtəlif dillərdə - paştu, dari, ərəb, urdu, hətta ingilis dilində məlumatlar almaq olar. Web-səhifənin baş gərargahının Əfqanıstandan kənarda olduğunu güman edən mütəxəssislərin səhifəni dəfələrlə bağlamasına baxmayaraq, səhifə tez bir zamanda fəaliyyətini bərpa edə bilib. Müqayisə üçün bildirək ki, Əfqanıstan hökumətinin də rəsmi saytı var. Onun da fəaliyyəti uzun müddət dayandırılmışdı və yalnız bu yaxınlarda yenidən işini bərpa edilib. Həm hökumət, həm də “Taliban“ vaxtaşırı e-mail vasitəsi ilə jurnalistlərə məlumat verir. Əfqanıstanda mediaya nəzarət edən Siddiqulla Tohidi saytlardan birinin informasiya ötürülməsində daha çox imkana malik olduğunu deyir: “Taliban“ sözçüsü müasir texnologiyaya və mobil telefon kimi imtiyazlara malikdir. Buna görə də onların həmişə müxbirlərlə əlaqəsi var və istənilən məlumatı çatdıra bilirlər. Əfqanıstan hökuməti isə məlumatlarını mediaya çatdırmaqda çətinliklərlə üzləşir“. Əfqanıstandakı mobil telefon sistemi Kərzai hökumətinə nailiyyətlər gətirdiyi bir vaxt, “Taliban“ bundan əsasən təşviqat məqsədilə istifadə edir. Əfqanıstanın “Pajvuk“ xəbər agentliyindən Daniş Karoxel “Taliban“ın hədə-qorxu üçün də mobil telefondan istifadə etdiyini deyir: “Bizim müxbirlərə telefon vasitəsi ilə hədə-qorxu gəlinməklə yanaşı, onlar oğurlanır və döyülürlər. Keçən il bu üç müxbirimizi itirdik.“ 1990-cı illərdə, Əfqanıstanda hakimiyyətdə olduğu vaxt “Taliban“ televiziyaya, musiqiyə, filmlərə qadağa qoymuşdu. Lakin müharibənin getdiyi 10 il müddətində “Taliban“ 21-ci əsrin texnologiyası ilə ayaqlaşmağa çalışır.