"VAZ" aşıb, ölən və yaralanan var

15:46 09.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunun Şorsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, noyabrın 8-də saat 16 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində rayon sakini V.Musayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Musa Musayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.