"Vətən müharibəsi dövründə ermənilər 12 azyaşlını və 27 qadını qətlə yetirib" - Kamran Əliyev 

12:30 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsi dövründə erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 93 dinc sakin həlak olub.

Hafta.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev bu gün keçirilən kollegiya iclasında deyib.

Baş prokuror bildirib ki, ermənilər tərəfindən müharibə dövründə 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxunma sayı 174