"Vətəndaşlara çağırışım odur ki, evdən bayıra çıxmasınlar" - Rasim Balayev

15:28 31.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Vətəndaşlara çağırışım odur ki, evdən bayıra çıxmasınlar. Onsuz da hamı çağırış edir. Qulaq asan asır, asmayan da əhəmiyyət vermir. Evdən bayıra çıxmamaları məsləhətdir".

Bunu hafta.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Xalq artisti bildirib ki, hökumərin qərarına o da əməl edir:

"Özüm də evdən bayıra çıxmıram. Onsuz da bu yaxınlarda əməliyyat olmuşdum, evdən çölə addımı atmırdım. İndi də ümumiyyətlə bayıra çıxmıram. Boş vaxtlarımı kitab oxumaqla, televizora baxmaqla dəyərləndirirəm. Bir balaca həyətim var. Hərdən yarım saatlıq, bir saatlıq çıxıb hava alıram".

Oxunma sayı 149