"Veteranlar Təşkilatının 90 mindən çox üzvü var" - MÜSAHİBƏ 

13:27 19.05.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi 9 mayda SSRİ-nin qələbəsi ilə başa çataraq faşizmi süqut etdirdi. Bu müharibədə qələbənin qazanılmasında Azərbaycanın əvəzsiz rolu olub. 

Sabah isə  Azərbaycanda da Qələbə günü qeyd ediləcək. Bu münasibətlə hafta.az Azərbaycan Respublikalsı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Cəlil Xəlilovla söhbətləşib.

- Sabah 9 May Qələbə gündür. İstərdik bu haqda təəssüratlarınızı, fikirlərinizi bizimlə bölüşəsiniz...

- Bir vaxtlar SSR-nin tərkibində olmuş Azərbaycan Respublikasının bu gün mənəvi haqqı vardır ki, 9 May Qələbə Gününü xüsusi qeyd etsin. Azərbaycan bu qələbəninn qazanılmasında xüsusi əməyi olan bir ölkədir. 700 mindən çox azərbaycanlı bu müharibədə iştirak edib. Yarıdan çoxu isə müharibədən qayıtmayıb. 124 nəfər Sovet İttifaqı Qəhramanı adına laiq görülüb. Yüzlərlə insan SSRİ-nin digər ali ordenlərinə layiq görülüblər. Azərbaycan xalqı həm insan resursu, həm də iqtisadi cəhətdən qələbənin qazanılmasına böyük töhvələr verib. Müharibənin qazanılması üçün Azərbaycan neftinin 80% -dən istifadə edilib. 123 növdə silah-sursat hazırlanıb, cəbhəyəm göndərilib. Ölkəmiz ehtiyyat rezervlərini – qızılını pula çevirib qələbə üçün sərf edib. Qocalar, imkansızlar belə çalışıblar ki, faşizm üzərində qalib gəlinsin. O zaman da, elə bu zamanda da Azərbaycanı işğal etmək üçün maraqlı qüvvələr var idi. Çünki Azərbaycan neft ölkəsidir. Birinci dünya müharibəsində, ikinci dünya müharibəsində də Bakı neftini ələ keçirmək əsas planlardan biri idi.

- Qələbə Günü ilə bağlı Veteranlar Təşkilatı hansı tədbirləri keçirməyi planlaşdırır?

- Bu günə kimi silsilə tədbirlər keçirmişik. Belə tədbirlərimiz bundan da sonra davam edəcək. Müxtəlif məktəblərdə, ali təhsil müəssisələrində, nazirliklərdə veteranlarımızla görüşlər təşkil edilib. İstəyirik ki, müharibə təəsuratlarını gənclərimiz bizim veteranlarımızdan ala bilsinlər. Qarabağ müharibəsində şücaət göstərən əsgərlərimiz, zabitlərimiz böyük vətən müharibəsi tarixinə də istinad edirlər. Bu gün gənclər istəyirlər ki, veteranlarıməızın təcrübəsindən yararlansınlar. Biz də buna görə tez-tez belə görüşlərin təşkil olunması üçün biləvasitə şərait yaradırıq. Qarşıdan müharibənin 75 illiyi gəlir. Sabah isə 9 may Qələbə gününə hazırlaşırıq. Eyni zamanda müharibənin 75 illiyinə dair tədbirlərimizi də paralel olaraq hazırlayırıq. Bu gün təhsil müəssisələrində görüşlərimiz olacaq. Sabah isə Ali Baş Komandanımız veteranlarla görüşəcək. “Dostluq”parkında böyük bir tədbirimiz olacaq ki, bu tədbirlərə səfirlər də qatılacaq. Rəhmətə getmiş veteranların nəvə-nəticələri plakatlarla bu tədbirdə fəal iştirak edəcəklər. Bizdə həmçinin müharibə veteranlarının varisləri üçün nəzərdə tutulan təşkilat mövcuddur. Təşkilatın da əsas məqsədi müharibədə şücaət göstərən insanları təbliğ etməkdir.

- Veteranlar Təşkilatına dövlət dəstəyi sizi qane edirmi?

- Bizim təşkilat Azərbaycanda böyük bir təşkilatdır. Demək olar ki, 30 ildən artıdqdır ki, bu təşkilat ölkədə fəaliyyət göstərir. Deyə bilərəm ki. təşkilatımızı böyük tədbirlər, layihələr həyata keçirir. Bu tədbirlər həm respublika daxilində, həm respublikadan xaricdə baş tutur. Artıq biz beynəlxalq bir təşkilat sayılırıq. Dünyanın 37 veteran təşkilatı ilə əlaqə saxlayırıq. İki- üç gün sonra təşkilatımızın nümayəndəsi Bolqarıstanda iştirak edəcək. İştirak etdiyimiz konfranslarda Qarabağla bağlı məlumatlar veririk. Dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırırıq, Ermənistanın ədalətsizliyini dünya insanlarına ətraflı çatdırırıq. Bütün bu işlərimizə görə cənab prezident öz qayğısını əsirgəmir.

- Bəs kənar yardımlar, iş adamları necə köməklik göstərirlərmi?

- Doğrusu deyə bilmərəm ki, dövlətdən başqa bu təşkilata yardımlar olsun. Olarsa belə çox az miqdardarda belə köməkliklər olunub. Təşəkkür edirəm ki, təşkilata diqqət və qayğı hər zaman Prezidentimiz tərəfindən olunur.

- Hazırda yaşayan nə qədər veteran vardır və bu təşkilatın üzvüdür?

- Hardasa 450-ə yaxın veteranımız hazırda yaşayır. Bizim təşkilat tək Böyük Vətən müharibəsi iştirakçılarından ibarət deyil. Müharibə, əmək, silahlı qüvvələr, hüquq-mühafizə veteranları da buraya daxildir. Veteran təşkilatının 90 mindən çox üzvü var. 82 rayon təşkilatları fəaliyyət göstərir. Ona görə də bizim təşkilat Azərbaycanın ictima-siyasi işlərində fəal iştirak edir.

- Hərbi hissələrdə tədbirləriniz olurmu, veteranlar bu tədbirlərə cəlb edilirlərmi?

- Aprel döyüşləri vaxtı bizim veteranlarımız üç gün hərbi hissələrdə qaldılar. Əsgərlərimizlə müharibə təcrübəsini bölüşdülər. Biz istəmirik yaşlı insanlarımızı cəbhə bölgələrinə göndərək. Ona görə də cavan veteranlarımız vardır ki, biz onlarla hərbi hissələrdə əsgərlərlə görüşlər təyin edirik.