"WhatsApp" bir sıra telefonlarda artıq işləməyəcək

10:40 01.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"WhatsApp" messenceri fevarın 1-dən bir sıra telefonlarda artıq işləməyəcək.

Hafta.az-ın məlumatına görə, "WhatsApp" yalnız Android əməliyyat sisteminin 4.0.3 versiyasında və daha yeni və ya iOS 9, KaiOS 2.5.1 və daha yeni əməliyyat sistemlərində işləyəcək.

Daha köhnə əməliyyat sistemlərinin istifadəçiləri messencerdə qeydiyyatdan keçə və onu istifadə edə bilməyəcəklər.

Şirkətdən bildiriblər ki, "WhatsApp"ın bir sıra funksiyaları köhnə əməliyyat sistemlərində istənilən vaxt işini dayandıra bilər. Həmçinin qeyd edilir ki, "Windows Phone" istifadəçiləri 2019-cu ilin 31 dekabr tarixindən "WhatsApp"ı işlədə bilməyəcəklər.

Oxunma sayı 32
rubrikasından digər xəbərlər