"Xalqımız cənab Prezidentin Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəkləyir" - Millət vəkili

15:02 10.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Prezident İlham Əliyevin çıxışında bütün məsələlərə aydınlıq gətirildi. Bu gün Azərbaycan dünyada öz layiqli yerini tutan dövlətdir. "Qarabağ Azərbaycandır" çıxışında ölkə başçısı bildirdi ki, Azərbaycan bütün etnik azlıqlara qucaq açıb. Bu demokratik təsisatların, multikulturalizmin ən gözəl örnəyidir".

Hafta.az xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Əliyev deyib. Millət vəkili bildirib ki, bu gün ölkəmizin həyata keçirdiyi siyasət böyük dövlətlər tərəfindən də dəstəklənir. Bu gün həmin bəyanatla erməni yalanları ifşa olundu. Məhz həmin bəyanatın səslənməsi və erməni yalanlarının ifşası üçün seçilən məkan da önəmlidir. Hesab edirəm ki, məcburi köçkünlərin də mövqeyi aydındır. Onlar ölkə başçısının siyasətinə arxalanırlar. Bütün xalqımız, məcburi köçkünlərimiz cənab Prezidentin Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəkləyir".

Siyasət rubrikasından digər xəbərlər