"Xocalı dünyanın 20-ci əsrdə gördüyü ən böyük faciələrdən biridir" - Səfir

11:36 26.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Xocalı faciəsi dünyanın 20-ci əsrdə gördüyü ən böyük faciələrdən biridir. Tarixə qara gecə adı ilə düşən gündən 28 il keçməsinə baxmayaraq, bu faciənin səbəbkarlarının hələ də ədalət qarşısında mühakimə olunmaması çox böyük bir haqsızlıqdır”.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Xocalı” abidəsini ziyarət zamanı deyib. Səfir qeyd edib ki, vicdanlardakı bu yara hər zaman olduğu kimi açıqdır və faciənin səbəbkarları cəzasını almadan sağalmayacaq.

“Biz Türkiyə Respublikası olaraq, hər məsələdə olduğu kimi, bu böyük faciəsində də Azərbaycanın yanındayıq və bu hadisənin səbəbkarlarının müəyyən edilib cəzalandırılmasının təqibçisi olacağıq. Hər zaman dediyimiz kimi, biz birlikdəyik, bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik".

Gündəm rubrikasından digər xəbərlər