"Yanğın hazırda tam məhdudlaşdırılıb" - Ramiz Zeynalov

12:02 10.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

"Yanğın hazırda tam məhdudlaşdırılıb".

Bu sözləri hafta.az-a açıqlamasında Baş Dövlət Yol Pol İdarəsinin rəisi Ramiz Zeynalov deyib.

Onun sözlərinə görə, hadisə yerinə 3 helikopter, bir təyyarə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

R.Zeynalovun bildirdiyinə görə, yanğında 150 tona yaxın su istifadə olunub:

"Yanğının əhatə dairəsi 21 min kvadrat metrdir. 40-dan çox yanğınsöndürən texnika, 250 canlı qüvvə hadisə yerindədir. Yanğının səbəbi araşdırılır. Tam ətraflı məlumat veriləcək. Cənab Nazir şəxsən özü məsələyə ciddi nəzarət edir".

Oxunma sayı 150