"Yeni su anbarların tikintisini planlaşdırırıq” - Azərsu ASC-nin sədri 

11:23 07.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

"Alternativ mənbələrin həyata keçirilməsinə başlamışıq”.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib. ASC sədri bildirib ki, eyni zamanda, suyun keyfiyyət parametrlərinə görə Qobustan və Abşeron yarımdasında stansiya qurulub: “Abşeron yaramadasının çox dayanıqlı su mənbələri var. Hal-hazırda anbarlar vasitəsi ilə gətirilən suyun hamısı paylanılıb. Eyni zamanda yeni su anbarların tikintisini planlayırıq. Suyun keyfiyyəti çox vacib göstəricidir. Mərkəzi labaratoriya istismara veriləndən sonra nümunə saylarını 22000-nə çatdırdıq. Problemli yerləri müəyyən etdik. Bakteroloji çirklənmə əvvəllər çox qeydə alınırdı. Bu gün tam normadadır. Şəhərin bütün suyu tam nəzarətdədir. Bütövlükdə şəbəkə nəzarətdə saxlanılır. İctimai obiyektlər müəyyənləşib. Bizdən asılı olmayan məqamlar var, onunla bağlı da işlər aparırıq. ASC-də reqalament var. Hələ də fasilələrlə su alan vətəndaşlar var. Bir çox hallarda su filtirləri çirklənir, bu su filtirləri özü nəzarət istəyir. Azərsu ASC suyun keyfiyyəti ilə bağlı bütün işləri görür. Xırdalan şəhəri sudan, kanalizasiyadan əziyyət çəkirdi. Ciddi problemləri aradan qaldırmaq üçün işlərə başlanılıb. Əlavə işlər də nəzardə tutulub. Magistral su xətlərin, daşıyıcı kallektorları qurulacaq".